“Taliban”ın iki komandiri öldürülüb


Dünya 01 Sen 2018 20:18:00 355 0

“Taliban”ın iki komandiri öldürülüb

Əfqanıstanın cənub-şərqində yerləşən Zəbul əyalətində aviasiya zərbəsi nəticəsində "Taliban" hərəkatının iki yüksək vəzifəli komandiri öldürülüb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə əyalət polisinin rəisi Məhəmməd Mustafa Mayar bildirib.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus qırıcı təyyarə avqustun 31-də Kalat şəhəri ətrafında taliblərin sığınacağını bombalayıb. Aviasiya zərbəsi nəticədə "Taliban" hərəkatının komandirləri Molla Əsəd və Molla Sanqari həyatını itirib, bir neçə nəfər isə yaralanıb.