Həddən artıq duz qəbul etdiyinizi göstərən 4 əlamət –


Digərləri 01 Sen 2018 20:05:00 318 0

Həddən artıq duz qəbul etdiyinizi göstərən 4 əlamət –

Hazırda insanlar hazır və sənaye cəhətdən işlənmiş qidalar çox qəbul etdiyindən onlar gündəlik duz dozasını aşırlar. Duz yeməkləri dada gətirdiyindən insan ondan vaz keçə bilmir.

Orqanizmdə duz çoxluğu təzyiqi və oynaqlarda ağrını artırır. Amma bu hallara gəlib çatana kimi duz artıqlığını göstərən 4 əlamət daha vardır ki, bunlara diqqət yetirsəz, vaxtında duzun qarşısını ala bilərsiz.

Son.az medicina.az-a istinadən bu əlamətləri təqdim edir:

1.Yemək sizə həmişə duzsuz gəlir

Mütəxəssislərin fikrincə duza meyillik anadangəlmə yox, sonradan qazanılma vərdişdir. Duzun bir xüsusiyyəti var: yeməyə dad verib, ağızdakı dad reseptorlarını ona alışdırır. Daha sonra ağız turşusunu neytrallaşdırır. Ona görə getdikcə duz qatılan yeməyin belə şit olduğunu hiss edib, əlavə duz səpmədən yeyə bilmirsiz. Sonradan normal duzu olan qidalar sizə dadsız gələcək və siz daha çox duz tələb edəcəksiz. Bununla da ağız boşluğundakı dad reseptorları tamamən təbii acılığını itirəcək. Bunu bərpa etmək isə uzun müddət vaxt tələb edir.

2.Sizə elə gəlir ki, şişmisiz, kökəlirsiz