Məktəblərdə şagirdlərə mantu sınağı və peyvənd olunmur


Digərləri 01 Sen 2018 19:35:00 317 0

Məktəblərdə şagirdlərə mantu sınağı və peyvənd olunmur

Yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəb şagirdlərinin, xüsusilə I sinfə gedən yüzlərlə uşağın sağlamlıq və peyvənd məsələsi gündəmə gəlir. Əvvəlki nəsil xatırlayır, məktəblərdə sinif-sinif uşaqları elə məktəbin tibb məntəqəsində sıraya düzüb, mantu sınağı qoyurdular. Kimdə inyeksiya yeri 1-2 günə şişirdisə, onu həkim çağırırdı. Uşaqlar üçün qorxulu, bir o qədər də əyləncəli olan bu proses artıq həyata keçirilmir.  

Ümumiyyətlə, məktəbdə uşaqların bir hissəsini peyvənd olunmasının, digər qismin isə peyvənd edilməməsinin bir təhlükəsi varmı?

Son.az medicina.az-a istinadən bildirir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məsələ ilə bağlı açlqlama verib. Professor artıq məktəblərdə mantu kimi sınaqların qoyulmadığını bildirdi:

" Ümumiyyətlə, Azərbaycanda digər ölkələrə nisbətdə qızılca və məxmərək infeksiyalarının geniş yayılması halları yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri də ölkəmizdə özləri yoxlamalar aparıblar və bizə məktub göndərdilər ki, sizi təbrik edirik, Azərbaycanda qızılca, məxmərək, difteriya kimi təhlükə yoxdur. Bu barədə şayiə xarakterli məlumatlar yaymağa ehtiyac yoxdur.