Gürcüstanda NATOnun hərbi təlimləri başlayıb


Dünya 01 Sen 2018 18:28:00 260 0

Gürcüstanda NATOnun hərbi təlimləri başlayıb

Gürcüstanda Senaki hərbi bazasında NATO-nun çoxmillətli "Agile Spirit 2018" (Çevik ruh) hərbi təlimlərinə start verilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, rəsmi açılış mərasimində Gürcüstanın müdafiə naziri Levan İzoriya, ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Elizabet Rud və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb.