SOCAR və Rosneft SOCARın Türkiyədəki neft emalı zavoduna Rusiya neftinin təchiz olunması haqqında kontrakt imzalayıb


Digərləri 01 Sen 2018 17:11:00 322 0

SOCAR və Rosneft SOCARın Türkiyədəki neft emalı zavoduna Rusiya neftinin təchiz olunması haqqında kontrakt imzalayıb

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində "Rosneft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyədəki "STAR" neft emalı zavoduna Rusiya neftinin təchiz olunması barədə kontrakt imzaladılar.

Son.az bildirir ki, SOCAR-dan Trend-ə verilən məlumata görə, sənəd 23 avqust 2018-ci il tarixində imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanmışdır. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması nəzərdə tutulur.

"Star" zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanmış bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.