Ötən gün Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb


Digərləri 01 Sen 2018 17:09:00 280 0

Ötən gün Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb

Ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, gün ərzində 116 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.