Şahzadə Diana barədə bu məlumat çox səsküy yaradacaq


Digərləri 01 Sen 2018 15:12:00 350 0

Şahzadə Diana barədə bu məlumat çox səsküy yaradacaq

Parisin təcili xilasetmə xidmətinin əməkdaşı Ksavye Qurmelon şəhzadə Diananın qəzadan sonra görən şahidlərindən biridir. O, qəzadan sonra baş verənləri danışıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, qəza baş verən kimi Ksavye Alma körpüsünün yanındakı tunelə birinci çatıb. Onun sözlərinə görə, qəzadan sonra da şahzadə Diana danışa bilirmiş: "Mən onun əllərdindən tutmuşsum, ondan sakit olmağı və hərəkət etməməyi xahiş edirdim. Mən bura ona kömək etmək üçün gəldiyimizi dedim. O, isə cavabında mənə dedi ki, ilahi, nə baş verib?"

Onun sözlərinə görə, Diananın bədənində ciddi xəsarət izi və qan yox idi. Bu məlumat şahzadənin ölümünün sui-qəsd olması barədə ehtimal irəli sürənlərin ürəyincə olacaq. Çünki şahzadə bu sözlərdən bir qədər sonra vəfat edib.