Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb


Dünya 01 Sen 2018 15:01:47 233 0

Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb

Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb

Gürcüstanda Senaki hərbi bazasında NATO-nunçoxmillətli “Agile Spirit 2018” (Çevik ruh) hərbi təlimlərinə start verilib.

“Report”un yerli bürosunun məlumatına görə, rəsmi açılış mərasimindəGürcüstanın müdafiə naziri Levan İzoriya, ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsiniicra edən Elizabet Rud və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna,Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb.

Sentyabrın 11-dək davam edəcək təlimlərin keçirilməsində məqsəd NATO çevikreaksiya qüvvələrinin tərkibində birgə əməliyyatlara və böhran vəziyyətlərəhazırlığın artırılmasıdır.

Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarənABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.