Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı,


Digərləri 01 Sen 2018 12:22:00 324 0

Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı,

Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib - H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Sabirabad rayon Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə Mehdi Mehdiyev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il 11 ay 29 gün müddətə şərti cəza alıb.

Həbsdən çıxdı, oğurluq etdi

Həbsdən azad olunan Mehdi Mehdiyev Sabirabad rayonunun Əhmədabad kəndində yaşamağa başlayıb. O, məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq yenidən cinayətlər törətməyə başlayıb.

Mehdi Mehdiyev 2013-cü ilin mart ayının əvvəllərindən oğurluq etməyə başlayıb. O, 2014-cü ilin mart ayının əvvəllərinədək olan müddətdə bir neçə dəfə Sabirabad rayonu Qaratəpə kəndində Fatma Hüseynovanın evinə girib. O, evdən qadının saxlanc kimi istifadə etdiyi mücrünün içərisində 12200 ABŞ dolları və 10.000 manat dəyərində olan qızıl əşyalarını, dolabın içərisindən isə 29.000 manatını oğurlayıb.

Çöllükdə görüş

Bundan başqa Mehdi Mehdiyev 2013-cü ilin noyabr ayının əvvəllərində saat 23.30 radələrində idarə etdiyi "Mersedes-190" markalı avtomobillə tanışları Məhəbbət Səmədov, Samirə Babayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Sahibə Babayeva (oğlanın və hər iki qızın adı və soyadı şərti verilib - H. Z.) ilə birlikdə Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisinə çöllük adlanan yerə gəlib.

Orada Samirə Babayeva və Məhəbbət Səmədov avtomobildən düşüb. Hər iki şəxs avtomobilin yanında aralanıb. Bu zaman Mehdi Mehdiyev Sahibə ilə avtomobildə tək qalıb.

Maşında cinsi əlaqə

Vəziyyətin belə olduğunu görən Mehdi Mehdiyev arxa oturacaqda Sahibə Ağayevanın yanında əyləşib. O, həmin vaxt Sahibəyə zor tətbiq edərək, onunla cinsi əlaqəyə girib.

Həmin vaxt Mehdi Mehdiyev yeniyetmə yaşına çatmayan qıza qarşı elədiyi seksual xarakterli hərəkətləri mobil telefonu vasitəsi ilə çəkib.

Bundan sonra Mehdi Mehdiyev həmin ilin noyabr ayından 2014-cü ilin aprel ayının əvvəlindək olan müddət ərzində Sahibə Babayeva ilə daim cinsi əlaqədə olub.

Şantaj və zorlama

Sahibə Babayeva onunla cinsi əlaqədə olmayanda hədə-qorxu ilə üzləşib. Mehdi Mehdiyev yetkinlik yaşına çatmayan qızla bağlı əlində rüsvayedici video olduğunu və həmin videonu yayacağını, qohumları arasında rüsvay edəcəyini bildirib.

Bundan qorxuya düşən Sahibə Babayeva Mehdi ilə daim Sabirabad rayonunun ərazisində müxtəlif yerlərdə bir neçə dəfə cinsi əlaqədə olub.

Mehdi Mehdiyev Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama törətmək) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Bacım məni də özü ilə apardı"

Zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, bacısı Samirənin nişanlısı Məhəbbət həmkəndlisi Mehdi ilə 2013-cü ilin mart ayının 8-də onlara gəlib: "2013-cü ilin təxminən noyabr ayının əvvəllərində Məhəbbət gecə vaxtı yenə də Mehdinin idarə etdiyi avtomaşınla gəlmişdi. Bacım gecə vaxtı olduğundan evdən tək çıxmadı. Bacım məni də özü ilə apardı".

"Əl-qol atmağa başladı"

Sahibə Babayeva qeyd edib ki, onlar Sabirabad rayonu Həşimxanlı kəndinin yaxınlığında olan boş sahəyə gediblər: "Burada Mehdi avtomaşını saxladı. Bacımla nişanlısı avtomobildən düşdülər və kənar yerə getdilər. Bu zaman Mehdi arxa oturacağa yanıma keçdi və avtomaşının qapılarını bağladı. Mehdi bildirdi ki, məndən xoşu gəlir. Bu zaman Mehdi mənə əl-qol atmağa başladı".

"Məni hədələdi"

Sahibə Babayevanın sözlərinə görə, bu zaman qışqırmaq istəyib: "Amma Mehdi qışqırmağıma imkan vermədi və əli ilə ağzımdan tutdu, sonra mənimlə cinsi əlaqədə oldu. Cinsi əlaqədə olan zaman ağrı hiss etdim və buna görə də ağladım. Cinsi əlaqədə olandan sonra Mehdi məni hədələdi və bu barədə heç kimə deməməyimi tapşırdı".

"Şəkillərimi məktəbdə paylayacağını dedi"

Sahibə Babayeva qeyd edib ki, həmin gündən 5-6 gün sonra Mehdi bacısı Samirənin mobil telefonuna zəng vurub: "Mehdi məni telefona çağırdı və bildirdi ki, aramızda olanları heç kim bilməsin. O, özündə şəkil, video olduğunu, həmin şəkil və videoları montaj edərək, məktəbin həyətində hər kəsə paylayacağını dedi. Mehdi dedi ki, əgər şəklinin yayılmasını istəmirsənsə, mənimlə yenidən görüş".

"Mənimlə görüşəndə ətir və pul verirdi"

Zərərçəkmiş bildirib ki, bundan sonra Mehdi ilə 30 dəfədən çox cinsi əlaqədə olub: "Mehdi məni hər dəfə avtomaşınına mindirib və çöllük sahələrə, bəzən də restorana aparıb. O, mənə çoxlu pulu olduğunu deyib. Mehdi mənimlə görüşəndə ətir və pul verirdi. Mehdidən qorxduğuma görə bu barədə heç kimə deməmişəm. Mehdi mənim orta məktəbdə oxuduğumu və 13 yaşımın olmasını bilib".