Yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb HARADAN ALMAQ OLAR?


Digərləri 01 Sen 2018 11:34:00 274 0

Yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb  HARADAN ALMAQ OLAR?

Etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə ehtiyac yoxdur. Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni şəxsiyyət vəsiqələrinin alınması zəruridir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, bu gündən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN" xidmət mərkəzlərində və Sumqayıt regional "ASAN" xidmət mərkəzlərində həyata keçirilir.

Növbəti günlərdə regional "ASAN xidmət" mərkəzlərində yeni nümunəli şəxsiyyət vəsiqələrin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanacaq: "Hazırda vətəndaşlar etibarlıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər. Bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil".