Sabirabadda 34 yaşlı qadın özünü bıçaqlayıb


Digərləri 01 Sen 2018 11:02:00 186 0

Sabirabadda 34 yaşlı qadın özünü bıçaqlayıb

Sabirabadda 34 yaşlı qadın özünü bıçaqlayıb

Son.az Report-a istinadən xəbər verir ki, rayonun Rüstəmili kənd sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Zəminə Məhəmməd qızı özünə bıçaqla xəsarət yetirib. Z.Nağıyeva qarının ön divarının 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə Sabirabad rayon xəstəxanasına yerləşdirliərək əməliyyat olunub.

Hadisə polis əməkdaşlarının həmin qadının yaşadığı evdə həyat yoldaşının narkotik vasitə saxlamasında şübhəli bilinərək evdə axtarış aparmalarına etiraz olaraq baş verib. Yaralı elə polis əməkdaşları tərəfindən də xəstəxanaya çatdırılıb.

Həmin qadının əri 29 yaşlı Xəyyam Nağıyev polis tərəfindən tutulub. DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi və Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Rüstəmli kəndində yaşayan X.Nağıyev saxlanılıb.