Kraliça dəfn olundu: Tramp çağırılmadı,


Digərləri 01 Sen 2018 10:07:00 292 0

Kraliça dəfn olundu: Tramp çağırılmadı,

Dünən ABŞ-ın Detroyt şəhərində dünyanın ən məşhur müğənnisi, "ritm-n-blyuz və soul kraliçası" adlandırılmış Areta Franklin dəfn olunub.

Son.az CBS-ə istinadən bildirir ki, dəfn mərasimində Areta Franklinin 1975-ci ildə ifa etdiyi "Freeway of Love" mahnısının şərəfinə çəhrayı rəngdə 130 "Cadillac" avtomobili vardı.

"Cadillac"ın Detroytdakı baş ofisi də A.Franklinin xatirəsinə çəhrayı rəngə boyanmışdı.

Detroytun meri Mayk Daqqanın dediyinə görə, şəhərdəki parklardan birinə Areta Franklinin adı veriləcək.

Dəfndən sonra məşhur müğənninin xatirəsinə həsr olunmuş tribüt-konsert olub.

Konsertdə Ariana Qrande, Cennifer Hadson, Kuinsi Cons, Stivi Uander, Fentezi Barrino, Yolanda Adams, Ron Ayli, Şirli Sizar, Feyt Hill, Cennifer Holidey və Çaka Xan kimi məşhur sənətçilər A.Franklinin mahnılarını ifa ediblər.

Birləşmiş Ştatların sabiq prezidenti Bill Klinton da mərasimdə nitq söyləyib.


Xəbərə aid video