Yaşlanmanın qarşısını almaq mümkün olacaq


Digərləri 01 Sen 2018 09:12:00 260 0

Yaşlanmanın qarşısını almaq mümkün olacaq

ABŞ-da 2009-cu ildə əsası qoyulmuş "Unity Biotechnology" startap şirkəti qocalmanın qarşını almaq üçün tədqiqatlar aparır.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Nataniel Deyvidtərəfindən əsası qoyulan şirkəti "Amazon"un qurucusu Ceff Bezos, "PayPal"ın yaradıcılarından olan Piter Tiil kimi şəxslər maliyyələşdirir. Hazırda qurumun 700 milyon dollar bazar dəyəri var. 

Qurum hazırda sadəcə yaşlanmanın qarşısını almağa çalışmır, həmçinin yaşlanma ilə əlaqədar yaranan və yaşlanmanı sürətləndirən xəstəliklərə qarşı dərman hazırlamağa çalışır. İlk hədəf osteoartrit xəstəliyi ilə mübarizədir. "Unity Biotechnology"nin hazırladığı "senolytic agent" adlı dərman dizə inyeksiya edilərək yaşlanan hüceyrələri məhv edə, osteoartritlə əlaqədar yaranan ağrıların qarşısını ala bilər. Yaşlanan hüceyrələrin 30%-inin məhvi və həyat keyfiyyəti və müddətini uzatmaq planlaşdırılır.