Facebook tam bərpa olunan enerji mənbələrinə keçəcək


Digərləri 01 Sen 2018 08:41:00 235 0

Facebook tam bərpa olunan enerji mənbələrinə keçəcək

2020-ci ilin sonunadək "Facebook" sosial şəbəkəsi tamamilə bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək, həmçinin şirkətin fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75% azaltmaq niyyətindədir.   Son.az ICTnews-ə istinadən bildirir ki, məlumata görə, "Facebook" dünyada bərpa olunan mənbələrdən əldə  edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb. Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.