“Qarabağ” klubunun Avroliqada keçirəcəyi oyunların tarixi elan edilib


Digərləri 01 Sen 2018 05:56:00 274 0

“Qarabağ” klubunun Avroliqada keçirəcəyi oyunların tarixi elan edilib

Avqustun 31-də UEFA püşkatmadan sonra Avropa Liqasının təqvimin elan edib

Bakı. Tural Turan - Avqustun 31-də UEFA püşkatmadan sonra Avropa Liqasının təqvimin elan edib. Trend-in məlumatına görə, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu qrup mərhələsində ilk oyununu Portuqaliyada “Joze Alvalade” stadionunda meydan sahibi “Sportinq” klubuna qarşı keçirəcək. Azərbaycan təmsilçisi turnirdə yer aldığı “E” qrupunda ilk və son görüşlərini səfərdə keçirəcək. Təqvimin tam siyahısı: 20 sentyabr “Sportinq” – “Qarabağ” “Arsenal” – “Vorskla” 4 oktyabr “Vorskla” – “Sportinq” “Qarabağ” – “Arsenal” 25 oktyabr “Qarabağ” – “Vorskla” “Sportinq” – “Arsenal”