Bu ölkənin məktəblərində kofeinli içkilərin satışı qadağan edilir


Digərləri 31 Avq 2018 22:26:00 427 0

Bu ölkənin məktəblərində kofeinli içkilərin satışı qadağan edilir

Cənubi Koreyada hökumət orqanları məktəblərdə kofeinli içkilərin satışını qadağan ediblər. "Təhlükəsiz uşaq pəhrizi" qanununa edilmiş dəyişikliklər sentyabrın 14-dən qüvvəyə minəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliklər Cənubi Koreyanın Daxili İşlər Nazirliyi və ölkənin qanunverici orqanı tərəfindən təklif olunub. Qanuna əsasən məktəblərdə, habelə onların yaxınlığında yüksək kofein tərkibli qəhvə və digər içkilərin satışı qadağan edilir. Qanun uşaqların sağlamlığını qorumaq üçün nəzərdə tutulub.