Təbiətin sirli canlıları


Digərləri 31 Avq 2018 22:20:00 747 0

Təbiətin sirli canlıları

Zərli qanadları, möhtəşəm naxışları olan kəpənək təbiətin ən sirli canlılarındandır. Onlar həyata tırtıl olaraq gəlir, sonradan kəpənək kimi yaşamağa davam edir. Kəpənəyin elə növləri var ki, cəmi 24 saat, bəzi növləri isə bir-iki ay ömür sürür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, araşdırmalara əsasən dünyada təxminən 20 min kəpənək növü var. Bir dəfəyə ən çox 450-500 ədəd yumurta qoyur və onları qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: yumurtaları ifraz etdiyi yapışqan maddə ilə bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur. Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra eyni iplə oraya bağlanırlar. Sonra ifraz etdikləri həmin iplə özlərinə qoza hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış bir tırtıl bu işi 3-4 günə tamamlayır. Həmin müddətdə tırtıl min dəfə fırlanaraq təqribən 900-1500 min metr uzunluğunda bir ip ifraz edir. Proses bitəndən dərhal sonra kəpənək olmaq üçün dəyişməyə hazırlaşır.

Uça bilmək üçün kəpənəklər ideal bədən istiliyinə sahib olmalıdır. Günəşdən bədən istiliklərini artırmaq üçün aldıqları 15-40 dərəcə arası istilik onlar üçün ən ideal temperaturdur. Yeməklərini ayaqlarındakı dad qəbulediciləri ilə tapır.