İrandan qaçıb döymələri ilə məşhurlaşan "Instagram" fenomeni FOTO


Digərləri 31 Avq 2018 21:30:00 309 0

İrandan qaçıb döymələri ilə məşhurlaşan "Instagram" fenomeni  FOTO

"Instagram" ulduzu "Yakiboy" ləqəbli Hüseyn Balapur 28 yaşındadır və Sidneydə yaşayır. Özünə "Müsəlman əsgər" deyən Hüseyn bədəni vasitəsilə pul qazana biləcəyini başa düşəndə həyatı dəyişib.

Son.az oxu.az-a istinadən bildirir ki, o, sosial şəbəkədə çılpaq fotoları ilə məşhurlaşıb.

Dəniz vasitəsilə İrandan Avstraliyaya miqrant kimi gələn Hüseyn beş ildir Sidneydə yaşayır.

"Instagram"dakı paylaşımları bəyənilmə aldıqca, pul qazanmaq barədə fikirləşib. Paylaşımlarının çoxuna bədənindəki döymələrə görə mənfi rəylər gəlir.

Həmyerliləri ona bunun haram olduğunu deyirlər. Ancaq Hüseyn döymələrini öz dərisi hesab edir.

Xüsusilə, amerikalı qadınların mesaj yazdığı "Yakiboy" evli olduğunu və tezliklə qız atası olacağını bildirir.

"Subay olanda barmaqlarımı şaqqıldadaraq qadınları əldə edirdim. Kişilər qadınlar üçün pul xərcləyir, çanta alır. Mən isə onlara "Lamborghini"yə ehtiyacınız yoxdur, "Lamborghini" mən özüməm" deyirdim", - deyə Hüseyn söyləyir.