Həyat eşqi, torpaq sevgisi, zəhmətkeşliyi ilə nümunə olan məhdud fiziki imkanlı fermer FOTO


Digərləri 31 Avq 2018 21:15:00 441 0

Həyat eşqi, torpaq sevgisi, zəhmətkeşliyi ilə nümunə olan məhdud fiziki imkanlı fermer  FOTO

Bu dünyada hamının Tanrı payı, ömür qisməti heç də bərabər olmur. Heç də hamımız həyatın hamar yolları, rəvan axarı ilə getmir, bəzən mənəvi sarsıntılarımız, fizioloji-psixoloji problemlərimizlə mübarizə aparmalı oluruq. Bu mübarizədə isə taleyə boyun əyməyib həyatsevərliliyi, intellekti, zəhmətkeşliyi, Vətənə və torpağa bağlılığı ilə özünü cəmiyyətdə təsdiq etmək gücünə qadir olanlar qalib gəlirlər. Fiziki imkanlarının məhdudluğuna rəğmən həyata dördəlli sarılmaları, qabiliyyət və səriştələri ilə seçilən bu insanlar, əslində, həm də ilahi ərməğan olan cansağlığını, verilən həyat fürsətini dəyərləndirmək üçün bizlərə ibrətli nümunədirlər.

"Bu ucsuz-bucaqsız torpaq sahələrini ikinci evim hesab edirəm"

Son.az bildirir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı bu il 94 ton taxıl tədarük etmiş Babək rayonunun Şəkərabad kənd sakini, məhdud fiziki imkanlı fermer Aslan Məhərrəmovla görüşüb. Söhbət zamanı məlum olur ki, məhdud fiziki imkanlı fermer heç vaxt taleyinə boyun əyməyib, kiminsə əlinə baxmaqla, təmənnalı yaşamaqla barışmayıb, sözün əsl mənasında, aslan kimi həyatla mübarizəyə qalxıb və əzmi, iradəsi ilə qalib gəlib. Yaşadığı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, həyatdan, belə desək, əlini, ümidini üzməyib. Dünəndən bu günə çətin bir yol keçib. Heç bir fiziki məhdudiyyət onu nələri isə əldə etməkdən, qazanmaqdan məhrum edə bilməyib. Əksinə, sağlam insandan daha artıq zəhmət çəkib, alnının təri ilə özünə gün-güzəran, yaxşı yaşayış qura bilib. Bu barədə söhbət edərkən deyir: "48 yaşım var. Elə Şəkərabad kəndində anadan olmuşam. Gördüyünüz bu ucsuz-bucaqsız torpaq sahələrini ikinci evim hesab edirəm. Bəzən düşünürəm ki, məni həyata bağlayan, yaşamağa vadar edən əsas amillərdən biri də bu qara torpaqdır. Fiziki imkanlarım məhdud olduğuna görə daim dövlətimizin qayğısını öz üzərimdə hiss etmişəm. Düşünürdüm ki, fiziki məhdudiyyətim əkin-biçin üçün maneə yaratmamalıdır. Ona görə də 2009-cu ildən bu işə başlamağa qərara aldım. İlk vaxtlar qohum-qardaş qərarımı heyrətlə qarşıladı. Lakin, nəticədə yaxşı bir ailə təsərrüfatı qurmağa müvəffəq oldum".

57 hektarda taxıl, günəbaxan, bostan-tərəvəz əkib-becərir, 20 arı ailəsi saxlayır

Bu gün Aslan nəinki Babək rayonunun, hətta muxtar respublikanın ən nümunəvi torpaq mülkiyyətçilərindən birinə çevrilib. Bir də ki, dövlətin Naxçıvan kəndlisi üçün nəzərdə tutduğu bütün stimullaşdırıcı tədbirləri göz önünə gətirəndə, düşünürsən ki, bu cür təsərrüfat qurmaq heç də çətin deyil. Dövlət sahibkarın əlindən tutur, suyunu, torpağını, toxumunu, gübrəsini verir. Deyir, ək-biç, məhsul bolluğu yarat, ərzaq təhlükəsizliyinə töhfə ver. 57 hektar sahədə əkin aparan zəhmət adamı Aslan Məhərrəmov kimi...


Xəbərə aid fotolar