ATU həkimlərindən dünya səhiyyəsində ilk - Hamilə uşaqlıq üzərində cərrahi əməliyyat (FOTO)


Digərləri 31 Avq 2018 20:40:00 422 0

ATU həkimlərindən dünya səhiyyəsində ilk - Hamilə uşaqlıq üzərində cərrahi əməliyyat (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) daha bir unikal əməliyyata imza atılıb.

Bakı. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) daha bir unikal əməliyyata imza atılıb. ATU-dan Trend-ə verilən məlumata görə, universitetin 1-ci mamalıq-ginekologiya kafedrasının professoru Şahbaz Şahbazov tərəfindən İstmikoservikal çatışmazlıq diaqnozu olan hamilə qadın üzərində cərrahi əməliyyat həyata keçirilib. Professor Ş.Şahbazovun sözlərinə görə, bu cür əməliyyatların uğurlu icrası Azərbaycanın səhiyyə sahəsinin inkişafından xəbər verir. O qeyd edib ki, bu əməliyyat təkcə Azərbaycanın deyil, həm də dünya səhiyyəsində yeni bir addımdır: “Təbii ki, Tədris Cərrahiyyə Klinikasının güclü bazası olmadan biz bu əməliyyatları icra edə bilmərik. Əməliyyat etdiyimiz qadın 5 ildir ki, ailəlidir. Xəstə bizə müraciət edəndə artıq beş dəfə hamiləliyi yarımçıq başa çatmışdı. Buna səbəb dölün bətndaxili inkişafının sona qədər yerinə yetirilə bilməməsi idi. Uşaqlıq bu dölü saxlamırdı, nəticə dölün itirilməsi olurdu. İstmikoservikal çatışmazlıq - uşaqlıq boynu çatışmazlığı dediyimiz xəstəlik nəticəsində döl tələf olurdu”.