Moskva sabiq müdafiə nazirini Yerevana verməyəcək


Dünya 31 Avq 2018 20:00:00 289 0

Moskva sabiq müdafiə nazirini Yerevana verməyəcək

Yerevan 2008-ci il 1 mart hadisələri ilə bağlı MDB-nin dövlətlərarası axtarışına daxil edilən Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyanın ölkəyə təhvil verilməsi barədə Moskvaya rəsmi müraciət ünvanlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hazırda müraciətlə bağlı məsələ Rusiyanın hüquq mühafizə orqanlarında müzakirə olunur. Mikael Arutyunyan 2002-ci ildən Rusiya vətəndaşı olduğu üçün ekstradisiyadan imtina olunması barədə ilkin qərar qəbul edilib.