Vurduğu maşına görün kağızda nə yazıb qoydu


Dünya 31 Avq 2018 16:44:00 276 0

Vurduğu maşına görün kağızda nə yazıb qoydu

Türkiyənin Kırşehir vilayətində Selçuk Y. adlı bir vətəndaş, vurduğu avtomobilin ön şüşəsinə telefon nömrəsi ilə yanaşı "Qardaşım, sənin maşınının arxa "stop"unu qırdım. Zəng et görüşək" yazılmış məktub qoyub.

Son.az haberler-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Yazını görən sürücü Murat A. "Belə insanlar qaldımı" deyərək, vicdanlı vətəndaşı təqdir edib. Murat Ateş həmin şəxsə zəng edərək, bu addımına görə təşəkkür edib. Selçuk Y. isə maşınını vurduğu üçün zərəri tam ödəyib.


Xəbərə aid foto