"Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır"


Digərləri 31 Avq 2018 15:30:00 262 0

"Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır"

Təəssüf ki, bu gün Azərbaycanda içməli sudan ağacların suvarılmasında, avtomobillərin yuyulmasında israfçılıqla istifadə olunur.

Son.az report-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bütün sahələrdə sudan istifadə edərkən su itkisinin az olmasına çalışmaq lazımdır: "Azərbaycan da az rütubətli ölkədir və ölkənin Kür-Araz ovalığı, Abşeron yarımadası kimi düzən zonaları quraq ərazidə yerləşdiyindən yerli su ehtiyatlarımız məhduddur. Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır. İçməli suya daha çox qənaət göstərməklə ondan texniki məqsədlərlə istifadəyə yol verməməliyik. Bu yalnız dövlət qurumlarının deyil, bütün istifadəçilərin və əhalinin əsas məqsədi olmalıdır".