Rusiyada hərbi zavodda baş vermiş yanğın söndürülüb: ölənlər var


Digərləri 31 Avq 2018 14:50:00 266 0

Rusiyada hərbi zavodda baş vermiş yanğın söndürülüb: ölənlər var

Y.M.Sverdlov adına hərbi zavodda baş vermiş yanğın tam söndürülüb.

Bakı. Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərində Y.M.Sverdlov adına hərbi zavodda baş vermiş yanğın tam söndürülüb. Trend-in məlumatına görə, hadisə yerində fövqəladə hallar, təcili yardım xidmətləri işləyir. Sexlərdən birində partlayışdan sonra yaranan yanğın 100 kv.m ərazisini əhatə edib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.