38 yaşlı nənədən AĞLASIĞMAZ ƏMƏL:


Digərləri 31 Avq 2018 14:35:00 229 0

38 yaşlı nənədən AĞLASIĞMAZ ƏMƏL:

Xırdalan şəhərində yeni doğulan nəvəsinin ölümündə təqsirli bilinən Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Mehdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Xatirə Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 8-9 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.

Uşağa baxdı, keçmişi yadına düşdü

Daha sonra o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatızdırmaq istəyib. Bu zaman uşaq ağlayıb və sakitləşməyib. Xatirə bundan əsəbiləşməyə başlayıb.

Xatirə Mehdiyeva sonra uşağı yellədikcə və uşağa baxdıqca qızı Nübarın onlardan xəbərsiz Ağasif Babayev ilə cinsi əlaqədə olması, uşaq dünyaya gətirməsi, bununla da yaşadıqları kənddə və rayonda rüsvay olacaqları, heç kəsin üzünə baxa bilməyəcəkləri, qohumlarının onlardan üz çevirəcəyi barədə düşünüb.

Qızının utancverici hərəkəti

Bütün bunlar onun psixoloji sarsıntı keçirməsinə səbəb olub, hadisədən bilavasitə əvvəlki yuxusuzluğu, bütün gecəni ağlaması, dincəlmək istəsə də alınmaması, rüsvay olmalarını, camaat içinə necə çıxacaqlarını, qızının utancverici hərəkət etməsi kimi düşüncələri psixi-emosional durumunda diskomfortluq əmələ gətirib, gərginlik, həyəcan, əsəbilik yaradıb.

Əsəbiləşdi, uşaq yaddan çıxdı

Yaranmış psixogen situasiya Xatirə Mehdiyevanın psixi-emosional sferasında həyəcan və gərginlik səviyyəsini artırıb.

Bununla da, Xatirə Mehdiyeva stress faktorun güclü təsiri nəticəsində depressiv reaksiya halını keçirtməsinə səbəb olub. O, mətbəxə keçmək üçün özündən asılı olmayaraq əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən üzü üstə döşəməyə yıxılıb.

Uşağın üzünə adyal örtdü

Uşaq üzü üstə yıxıldıqdan sonra ani vaxtda onun ağlamaq səsi kəsilib. O, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmədiyindən cinayətkarcasına etinasızlıq nəticəsində uşağın sadəcə olaraq yatdığını zənn edib.

Ehtiyatsızlıqdan adam öldürmə

Xatirə Mehdiyeva yanındakı adyalı soyuq olmaması üçün uşağın üstünə örtüb, uşaq üzü üstə yerdə qalmış vəziyyətdə qoyduqdan sonra mətbəxə keçib. O, mətbəxdə əl-üzünü yuyub, bir neçə dəqiqə mətbəxdə oturub.