İslam İnkişaf Bankının nəşri AIDAnın Afrikadakı kampaniyalarda iştirakı barədə yazır


Digərləri 31 Avq 2018 14:16:00 276 0

İslam İnkişaf Bankının nəşri AIDAnın Afrikadakı kampaniyalarda iştirakı barədə yazır

Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü və uzaqgörən siyasət nəticəsində yardım alan ölkədən donor ölkəyə çevrilən Azərbaycanın beynəlxalq yardım siyasəti mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və müvafiq qurumların nəşrlərində geniş şəkildə işıqlandırılır.

Belə ki, İslam İnkişaf Bankının (İİB) cari ildə çap olunmuş "Qarşılıqlı əlaqə: Cənub-Cənub Əməkdaşlığı vasitəsilə İnkişaf" (Reverse Linkage: Development through South-South Cooperation) nəşrində ölkəmizin bu qurumla strateji tərəfdaşlığını əks etdirən "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə kampaniyası, strateji tərəfdaşlıq" başlıqlı məqalə dərc edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xalqımızın yardımsevərliyini əks etdirən məqalə ölkəmizin çoxtərəfli diplomatiyasının və beynəlxalq yardım siyasətinin növbəti nailiyyəti, həmçinin yumşaq güc strategiyasının effektivliyinin daha bir uğurlu nümunəsidir.