Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar tutulub (FOTO)


Digərləri 31 Avq 2018 13:27:00 320 0

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar tutulub (FOTO)

Şabranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki şəhər sakini saxlanılıb.

Bakı. Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki şəhər sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ttrend-ə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avqustun 29-da Şabran şəhər sakini Zakir Məmmədov narkotik maddələrin kultivasiya yolu ilə yetişdirilməsində şübhəli bilinərək saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı həyətyanı sahədən dibçəklərlə hündürlüyü 95-190 sm olan yaş çəkisi 500 qram təşkil edən 4 ədəd çətənə kolları aşkar olunaraq götürülüb. Avqust ayının 30-da isə Şabran şəhər sakini Mecid Zeynalovun yaşadığı evə keçirilən baxış zamanı oradan hündürlüyü 129-170 sm olan yaş çəkisi 1 kq qədər olan 3 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları və evin zirzəmisindən ümumi çəkisi 400 qram qurudumuş marixuana aşkar edilərək götürülüb.