Aİ Latın Amerikası ölkələrinə 35 milyon avro verəcək


Dünya 31 Avq 2018 08:12:00 236 0

Aİ Latın Amerikası ölkələrinə 35 milyon avro verəcək

Avropa İttifaqı (Aİ) Venesuela miqrasiya böhranı ilə mübarizə üçün Latın Amerikası ölkələrinə 35 milyon avro verəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançez Kolumbiyanın prezidenti İvan Duke ilə görüşdən sonra bildirib.

P.Sançez deyib: "Bu gün Brüsseldə qərara alındı ki, Avropa İttifaqı Latın Amerikası ölkələrinə bu miqrasiya böhranına müqavimət göstərə bilmələri üçün 35 milyon avro verəcək".