Qanda trombun yaranmasının əlamətlərini aşkar edən aparat yaradılıb


Digərləri 31 Avq 2018 07:21:00 256 0

Qanda trombun yaranmasının əlamətlərini aşkar edən aparat yaradılıb

Avstraliya Milli Universitetinin (AMU) alimlərinin yaratdığı biooptik diaqnostik qurğu infarktın və insultun qarşısını almağa xidmət edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qurğu trombların əmələ gəlməsini aşkar edərək, insanlara gözlənilən təhlükə haqqında xəbərdarlıq edir. Xəstənin qanındakı trombositləri təhqiq edən qurğu onların insanın arteriya damarında trombun əmələ gəlməsi riski ilə qarşılaşdığı zaman verəcəyi reaksiyanı əks etdirən 3D xəritə yaradır.

Biooptik diaqnostika qurğusunun təqdimatında çıxış edən professor Stiv Li bildirib ki, yeni qurğu xəstənin qan nümunəsi əsasında dəqiq informasiyanın 3D xəritəsini yaradır ki, bu da çox baha başa gələn və uzun müddətli digər prosedurlardan xilas olmağa imkan verir.