Azərbaycan nefti cüzi ucuzlaşıb


Digərləri 30 Avq 2018 23:33:00 247 0

Azərbaycan nefti cüzi ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 29-da 77,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 29-da 77,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,20 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 29-da 74,24 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.