Çinin ilk milli təyyarədaşıyanı sınaqdan keçirildi


Dünya 30 Avq 2018 23:07:00 217 0

Çinin ilk milli təyyarədaşıyanı sınaqdan keçirildi

Çin ilk təyyarədaşıyanı sınaqdan keçirib.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Çinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Syan brifinqdə bildirib.

Onun sözlərinə görə, dəniz sınaqları təhlükəsiz və müvəffəqiyyətlə keçib, gəminin tikintisi nəzərdə tutulmuş plana uyğun davam etdirilir. O əlavə edib ki, sınaqların gedişatında hərbi gəminin avadanlığı və platformasının yoxlanılması üzrə sınaqlar keçirilib.