Bakıda 3 otaqlı mənzil yanıb


Digərləri 30 Avq 2018 22:34:00 261 0

Bakıda 3 otaqlı mənzil yanıb

Bakıda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərin Nərimanov rayonunda səkkizmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 106 m2 olan 3 otaqlı mənzilin eyvanında taxtadan ibarət rəf 2 m2 sahədə yanıb. Yüksək temperaturdan plastik pəncərə çərçivəsi əriyib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.