Ağsuda aprel şəhidinin xatirəsinə həsr olunan Respublika Turniri keçiriləcək


Digərləri 30 Avq 2018 21:41:00 218 0

Ağsuda aprel şəhidinin xatirəsinə həsr olunan Respublika Turniri keçiriləcək

Ağsu rayonunda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, Müdafiə Nazirliyinin xüsusi təyinatlı giziri Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş Uşu-Sanda idman növü üzrə Respublika Turniri keçiriləcək.

Bakı. Samir Əli - Ağsu rayonunda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, Müdafiə Nazirliyinin xüsusi təyinatlı giziri Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş Uşu-Sanda idman növü üzrə Respublika Turniri keçiriləcək. Bu barədə Trend-ə turnirin təşkilat komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, yarışın təşkilatçısı Uşu-Sanda Federasiyasının prezidenti Azər Həsənsoy və 3 qat Avropa çempionu Elçin Eminovdur. Yarış sentyabrın 2-də baş tutacaq.