Qızını zorlayıb öldürdü, anasının başını kəsdi


Digərləri 30 Avq 2018 21:11:00 303 0

Qızını zorlayıb öldürdü, anasının başını kəsdi

Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ana və qızı yaşadıqları evdə qətlə yetirilib. Qətldən iki gün sonra xəbər tutan qonşular hadisə ilə bağlı bu gün səhər saatlarında polisə xəbər veriblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ananın başını kəsiblər, qızını isə evdə boğub öldürüblər. Dəhşətli cinayət hadisəsi Cəlilabad rayonunda, Qarazəncir kəndində baş verib. 86 yaşlı Firuzə Əsgərova və qızı 46 yaşlı Sənubər Əsgərova yaşadıqları evdə qətlə yetirilib. Hadisəni törədən şəxs Firuzənin boğazını evin arxasında kəsərək öldürüb. Sonra cəsədi sürüyərək evin önündəki tövlədə gizlədib. Qonşuların bildirdiyinə görə qətlə yetirilən ana və qızını sonuncu dəfə iki gün bundan əvvəl görüblər.

Firuzənin qızı Sənubər ailə həyatı qurmadığı üçün anası ilə həmin evdə tək yaşayırmış.


Xəbərə aid video