İşsizlərə ŞAD XƏBƏR – 5 günə işlə


Digərləri 30 Avq 2018 21:16:00 237 0

İşsizlərə ŞAD XƏBƏR – 5 günə işlə

Əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi istiqamətində atılan mühüm addımlardan biri də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsidir. "Məşğulluq haqqında" yeni qanun da məhz buna xidmət edir. Qanunu XəzərXəbər-ə şərh edən nazirlik rəsmisi nəzərdə tutulan yeniliklərdən də danışıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu il iyunun 29-da qəbul olunan "Məşğulluq haqqında" Qanunda bir sıra önəmli məqamlar öz əksini tapıb.

Yeni qanunla məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində ciddi dəyişikliklər ediləcək.İlk növbədə vahid məşğulluq bazasının yaradılması nəzərdə tutulur.

Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları damüəyyən edilib.Onların sırasına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.


Xəbərə aid video