Ərdoğan Qırğızıstana gedəcək


Dünya 30 Avq 2018 18:55:00 249 0

Ərdoğan Qırğızıstana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstana rəsmi səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, R.T.Ərdoğanı Qırğızıstana həmkarı Sooronbay Jeenbekov dəvət edib.

Səfər 1-2 sentyabr tarixlərində həyata keçiriləcək.

Dövlət başçıları Qırğızıstan və Türkiyə arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Liderlər aktual beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.