Səudiyyə şahzadəsi Yəməndə uşaqları öldürməyi əmr edib?


Dünya 30 Avq 2018 18:25:00 239 0

Səudiyyə şahzadəsi Yəməndə uşaqları öldürməyi əmr edib?

Son günlərdə Yəməndə uşaqların öldürülməsi ilə gündəmə gələn Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd İbin Salmanla bağlı növbəti iddia irəli sürülüb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, vəliəhd Səudiyyə qüvvələrinə uşaq və qadınların hədəf alınması üçün göstəriş verib:

"Yəmən xalqının yaddaşında çox dərin iz buraxmaq istəyirik. Səudiyyə Ərəbistanının adı gələndə uşaqlar, qadınlar, hətta kişilərin qorxudan titrəmələrini arzulayırıq".