Cəza çəkməkdən azad edilmiş 34 nəfər özünüməşğulluq proqramına cəlb olunub


Digərləri 30 Avq 2018 18:18:08 238 0

Cəza çəkməkdən azad edilmiş 34 nəfər özünüməşğulluq proqramına cəlb olunub

Proqram çərçivəsində onların kiçik biznesə malik olmaları üçün aktivlərlə təminatı həyata keçiriləcək.

Bakı. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 34 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluq imkanlarına yiyələnməsi üçün aparılan işlər çərçivəsində onların özünüməşğulluq proqramında iştirakına şərait yaradılır. Cari ildə bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edənlərdən 34 nəfəri kiçik ailə təsərrüfatlarını qurmaq üçün müəyyən potensiallarının olduğu nəzərə alınmaqla ƏƏSMN tərəfindən özünüməşğulluq proqramına cəlb ediliblər.