İcra Hakimiyyətinə 300dən artıq müraciət daxil olub


Digərləri 30 Avq 2018 16:52:00 269 0

İcra Hakimiyyətinə 300dən artıq müraciət daxil olub

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində zədələnən evlərlə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinə 300-dən artıq müraciət daxil olub.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon fövqəladə hasllar komissiyasının sədri Möhübbət Babayev deyib.

Komissiya sədri bildirib ki. hazırda komissiya üzvləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə çatlar yaranan evlərə baxış keçirir: "Hazırda müraciətlər əsasında araşdırmalar davam etdirilir, ev və obyektlərdəki çatların təhlükəli olub-olmadığı müəyyənləşdirilir. Müraciətlər əsasən Lerik rayonu ilə sərhəd olan kəndlərdəndir".