Yeni dərs ilinin başlama tarixi


Digərləri 30 Avq 2018 16:04:00 263 0

Yeni dərs ilinin başlama tarixi

Təhsil naziri Ceyhun Bayramov "2018-2019-cu tədris ilində "Bilik günü"nün qeyd olunması və ilk dərs günləri haqqında" əmr imzalayıb. 

Son.az xəbər verir ki, əmrə əsasən, Azərbaycanın bütün ümumtəhsil məktəblərində "Bilik günü" ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də təntənəli şəkildə qeyd ediləcək.

Əmrdə "Bilik günü" tədbirinin saat 8.00-dan etibarən Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanması qeyd olunub. Həmçinin sentyabrın 15-nin şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdlərinin, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılmasının təmin edilməsi əmrdə yer alıb.