"Qarabağ"ın prezidentinə nazirlikdə vəzifə verildi


Digərləri 30 Avq 2018 15:01:00 291 0

"Qarabağ"ın prezidentinə nazirlikdə vəzifə verildi

"Qarabağ" klubunun prezidenti Abdulbari Gözələ yeni vəzifə verilib.

Milli.A futbol11.az-a istinadən xəbər verir ki, "Azərsun Holding"in rəhbəri olan A.Gözəl Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşvərət Şurasının sədri seçilib. O, yeni yaradılan bu şuraya sədr vəzifəsinə seçkilərdə iştirakçıların yekdil səsini qazanıb.