Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı: "Allah hamının qapısını açsın" VİDEO


Digərləri 30 Avq 2018 15:06:55 288 0

Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı: "Allah hamının qapısını açsın"  VİDEO

Sosial şəbəkədə Azərbaycanda 7-11 yaş aralığında olan uşaqların içki süfrəsində olan görüntüsü yayılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, yayılan videoda onların araq içdiyi əksini tapıb.

Kriminal aləmdə olan "qardaş"larının şəninə sağlıq deyən bu uşaqların alkoqollu içki qəbul etməsi isə sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Qeyd edək ki, analoji hadisə video şəklində yayılmasa da, bir çox bölgələrimizdə təkrarlanır. Bəzi valideynlər, xüsusilə də, oğlan övladına daha çox dəyər verən atalar, övladlarının spirtli içki qəbul etməsini normal qarşılayıb, bunu "kişilik" simvolu hesab etdiyinə görə onların içkiyə olan marağı artır.