Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaq


Digərləri 30 Avq 2018 14:07:08 283 0

Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaq

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 3-dək aparılacaq

Bakı. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 3-dək aparılacaq. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ixtisas seçmək hü­ququ olan abitu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir. Orta ixtisas təhsili müəs­sisə­lərinə qəbul olub (I mərhələdə) qeydiyyatdan keçməyən abituriyentlər (1941 nəfər) də boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.