Sumqayıt Texnologiyalar Parkı ilk dəfə yeni texnologiyanın istehsalına başlayır FOTO


Digərləri 30 Avq 2018 13:57:00 278 0

Sumqayıt Texnologiyalar Parkı ilk dəfə yeni texnologiyanın istehsalına başlayır  FOTO

"Sumqayıt Texnologiyalar Parkı" MMC (STP) Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Pivot Suvarma sistemi texnologiyasının istehsalına başlayıb.

Son.az xəbər verir ki, MMC-dən Trend-ə verilən məlumata görə, son illər ölkədə kənd təsərrüfatının inkişafı, meliorasiya sahəsi ilə bağlı dövlət əhəmiyyətli yeni layihələr həyata keçirilir. Onlardan biri də pivot suvarma sistemlərinin ölkəmizdə istehsal edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev də rəsmi çıxışlarında pivot suvarma sistemlərinin Azərbaycanda istehsalının vacib olduğunu diqqətə çatırır.

Daxili bazarın təlabatını ödəməklə yanaşı, dünyada "Made in Azerbaijan" brendini təmsil edən sənaye mərkəzi "Sumqayıt Texnologiyalar Parkı" MMC bu sahə ilə bağlı da ilkə imza atıb. Belə ki, kənd təsərrüfatı sektoruna müxtəlif növ həllər təklif edən STP ölkəmizdə ilk dəfə olaraq Mərkəzi Pivot Suvarma sistemi texnologiyasının istehsalına başlayıb.

Qeyd edək ki, STP-nin istehsal etdiyi suvarma sistemləri məhsuldarlığın yüksəldilməsinə böyük fayda verəcək. Həmçinin texnologiya sürətli istifadəni təmin edən idarə panellərinə də sahibdir. Bunun vasitəsilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şəxslər və qurumlar suvarma prosesini vaxta qənaət edərək daha sürətli həyata keçirə bilir.

Məlum olduğu kimi, pivot tamamilə sinklənmiş polad borulardan və müxtəlif sistemlərdən ibarətdir. Texnologiyanın bütün hissələri STP-nin istehsalı olaraq müsəssisədə yığılır.


Xəbərə aid fotolar