Rusiya yeni gizli raketini sınaqdan keçirdi VİDEO


Dünya 30 Avq 2018 13:30:00 253 0

Rusiya yeni gizli raketini sınaqdan keçirdi  VİDEO

Rusiya gizli saxlanılan yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib.

Son.az report-a istinadən xəbər verir ki, raketin buraxılması kadrlarını "Zvezda" telekanalı yayıb.

Sınaq Qazaxıstanda Sarı-Şağan poliqonunda keçirilib. Hava hücumundan müdafiə raketi şərti hədəfi tam dəqiqliklə vurub.

Yeni raketin dünyada analoqunun olmadığı iddia edilir. Raketin bütün xüsusiyyətləri - sürəti, uçuş məsafəsi və hətta xarici görünüşü belə gizli saxlanılır.