Pedaqoji işçilərin dərs yükü normaları müəyyənləşdirilib


Digərləri 30 Avq 2018 11:36:00 278 0

Pedaqoji işçilərin dərs yükü normaları müəyyənləşdirilib

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə şamil edilməyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bağlı Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarın adına və 1-ci hissəsinin birinci abzasına "işçilərinin" sözündən sonra "(dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla)" sözləri əlavə edilib.