Bakıda "SOCAR" brendi altında 28-ci yanacaqdoldurma məntəqəsi açılıb (FOTO)


Digərləri 30 Avq 2018 11:24:46 266 0

Bakıda "SOCAR" brendi altında 28-ci yanacaqdoldurma məntəqəsi açılıb (FOTO)

“SOCAR PETROLEUM” QSC-nin sayca 28-ci yanacaqdoldurma məntəqəsi açılıb.

Bakı. Bakının Pirallahı rayonu, Pirallahı qəsəbəsində “SOCAR” brendi altında sayca 28-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi olub. Dövlət Neft Şirkətindən Trend-ə verilən məlumata görə, tədbirdə “SOCAR PETROLEUM” QSC-nin baş direktoru Toğrul Seyidov, Cəmiyyətin digər rəhbər işçiləri və Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan T.Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib. Onun sözlərinə görə, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb. “Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.