Dünyaya övlad gətirən anaların arıqlaması üçün


Digərləri 30 Avq 2018 08:59:00 277 0

Dünyaya övlad gətirən anaların arıqlaması üçün

Xanımlar hamilə olan zaman 12-16 kq, bəzən də daha çox əlavə çəki əldə edirlər. Ancaq övladları dünyaya gələndən sonra bu çəkidən qurtulmaq çətin olur. Əgər bu sahədə indi bir iş görməsəniz, ola bilsin ki, 20 ilə də belə, arıqlaya bilməyəsiniz. Onu nəzərə almaq lazımdır ki, arıqlamaq istəyən analar ən azı 9 aydan sonra arıqlamalıdırlar. Ona görə də səbirli olmaq lazımdır. Bunun üçün analara 6 məsləhət veririk.

1. Pəhriz saxlamağın üzərindən xətt çəkin. Ola bilsin ki, bu, sizi təəcübləndirsin, ancaq çətin pəhrizlər sizin üçün deyildir. Özünüzü sevdiyiniz yeməklərdən məhrum etməyin. Çünki ana olmağınız sizə artıq müəyyən bir stress gətirmişdir. Pəhrizin stressi sizi daha çox əldən salar.

Əgər doğuşdan sonra adi qaydada qidalansanız, əvvəlki çəkinizə gələ biləcəksiniz. Çalışın ki, yemək vaxtlarına riayət edə biləsiniz.

Qoymayın ki, aclıq sizi həlak etsin. Gün ərzində alma, kök və bir neçə peçenye əlinizin altında olsun. Əgər süd verirsinizsə, tez bir zamanda arıqlamağınızı gözləməyin.

2. Ət xörəkləri yeyin. Siz ana olan zaman bədəniniz daha çox qidalanmağa ehtiyac duyur. Xüsusilə də əgər süd verirsinizsə, elə yeməklər yeyin ki, kalorsi az olsun, ancaq bədəninizə lazım olan proteini verə bilsin. Balıq bu cür ideal yeməklərdəndir. Tərkibində omeqa-3 vardır. Bu yemək sizin zehninizi və əsəb sisteminizi qidalandırar. Süd və qatıqda da kalsium çoxdur. Sümüklərinizi möhkəm saxlayar. Qırmızı əti və toyuğu da yaddan çıxartmayın. Lobya da tərkibində protein olduğu üçün faydalıdır. Bu qidalar sizi uzun müddət tox saxlaya bilən yeməklərdir.

3. Mayeni çox için. Mayeni çox qəbul edin, çünki bu zaman bədəninizdəki mayə azalmaz və sizdə toxluq hissi yaradar. Ancaq bu sahədə də ifrat etməyin. Bəzi mütaliələr onu göstərir ki, su bədəndə olan maddələr mübadiləsini yaxşılaşdırır.