Tovuz rayonunda Kürdə 1 nəfərin batdığı ehtimal olunur, axtarışlar aparılır


Digərləri 30 Avq 2018 08:22:49 209 0

Tovuz rayonunda Kürdə 1 nəfərin batdığı ehtimal olunur, axtarışlar aparılır

Kür çayının Tovuz rayonunun Girzan kəndindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Bakı. Kür çayının Tovuz rayonunun Girzan kəndindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur. Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.