Bakıda qazdoldurma məntəqələri artır – Bəs avtomobillərin sıxılmış qazla işləməsi təhlükəlidirmi?


Digərləri 30 Avq 2018 07:54:00 242 0

Bakıda qazdoldurma məntəqələri artır – Bəs avtomobillərin sıxılmış qazla işləməsi təhlükəlidirmi?

Hazırda dünyada, eləcə də Azərbaycanda nəqliyyat vasitələrində yanacaq kimi sıxılmış təbii qazdan (CNG) istifadə edilməsi halları artır. Lakin bəzən yanacağın bu növünün təhlükəli olduğu bildirilir, hər an yanacaq balonunun partlama ehtimalı olduğu vurğulanır.

Son.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun dediyinə görə, sıxılmış qaz kifayət qədər səmərəli və təhlükəsiz bir yanacaq növüdür:

"Ona görə də heç bir problem olmadan dünyanın hər yerində tətbiq olunur. Bir çox dövlətlər hazırda nəqliyyat vasitələrində, xüsusən ictimai nəqliyyatda sıxılmış qaz yanacağına keçir. Avropada kütləvi surətdə sıxılmış qazla işləyən mühərriklərə keçilir".

Onun sözlərinə görə, müvafiq texnologiyalara düzgün riayət olunsa, avadanlıqlar keyfiyyətli quraşdırılsa və onlara normal qulluq edilsə, CNG ilə işləyən avtomobillərin heç bir xüsusi təhlükəsi olmaz: "Digər tərəfdən, ekoloji cəhətdən sıxılmış qaz ən yaxşı göstəricilərə malikdir, içərisində təhlükəli maddələr yoxdur".

Ekspert qeyd edib ki, hətta qonşu İranda avtomobil parkının, xüsusilə ictimai nəqliyyat parkının xeyli hissəsi sıxılmış qazla işləyir, Türkiyədə də kütləvi surətdə bu yanacağa keçməyə başlayıblar: